Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri "Qarabağ-Ana Yurdum" adlı kompozisiya təqdim ediblər

Gömrük Akademiyasının tələbələri "Qarabağ-Ana Yurdum" adlı kompozisiya təqdim ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusunun sentyabrın 27-dən başlayaraq 30 il xain qonşu Ermənistanın işğalı altda olan torpaqlarımızın azad olunması üçün əks hücum əməliyyatlarının uğurla davam etdirməsi, Qarabağın işğalçılardan təmizlənməsi, müzəffər Ordumuzun rəşadəti ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün apardığı haqq savaşına dəstək nümayiş etdirərək "Qarabağ - Ana yurdum" adlı ədəbi-bədii kompozisiya hazırlayıblar.

Kompozisiyada  tələbələrin ifasında vətənpərvərlik və qəhrəmanlıq ruhunda şeirlər və mahnılar səsləndirilir, şanlı Azərbaycan Ordusunun qüdrəti nümayiş etdirilir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində dediyi “Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq! Qarabağ bizimdir!  Qarabağ Azərbaycandır!" sözləri səsləndirilir.

Eyni zamanda, Ali Baş Komandan, Prezident İlham Əliyevin “İşğal altında olan torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan!” şüarı bir daha diqqətə çatdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi


Videolar: